• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Seri Ronald Kiandeeni qəbul etdi

İlham Əliyev Seri Ronald Kiandeeni qəbul etdi
12.04.2016 16:52
Azərbaycan Prezidenti İlham Əliyev Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Seri Ronald Kiandeeni qəbul edib.

Oxu.Az-ın məlumatına görə, Malayziya parlamentində yaradılmış Azərbaycan ilə dostluq qrupu haqqında məlumat verən S. Kiandee Bakıya ilk dəfədir səfər etdiklərini bildirib, 8 deputatdan ibarət Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətinin ölkələrimizin qanunverici orqanları arasında mövcud əlaqələrin inkişafındakı rolundan danışıb.

Qonaq azərbaycanlı həmkarları ilə qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu deyən S. Kiandee Malayziyanın "Petronas” şirkətinin ölkəmizdəki fəaliyyətini əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev isə Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfərini və keçirdikləri görüşlər zamanı aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.

Azərbaycanla Malayziya arasında əlaqələrin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, turizm və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. Malayziyanın "Petronas” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyni deyən dövlət başçısı şirkətin ölkəmizdə mühüm layihələrdən birində böyük paya sahib olduğunu qeyd edib.

Azərbaycan və Malayziyanın dost ölkələr olduğunu bildirən president İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan dövlət başçısı Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavininin Bakıya səfərinin iki ölkənin parlament nümayəndələri arasında daha fəal qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol