• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nümayəndə heyəti Strasburqa gedir

Azərbaycan nümayəndə heyəti Strasburqa gedir
16.04.2016 15:17
Azərbaycanın bir qrup millət vəkili Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər.

Sessiya çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatlar dinləniləcək, Avropada antisemitizmə qarşı mübarizə, Suriyalı qaçqın böhranı, miqrant və qaçqın hüquqları - Qərbi Balkanlarda vəziyyət, Avropa Şurasının insan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə AŞ PA-nın Sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın "Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması" mövzusunda məruzəsi dinləniləcək, bununla bağlı müzakirələr aparılacaq.

Sessiyada Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş son hadisələrin müzakirə olunması da gözlənilir.

Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol