• $
  • €
  • ₽
  • ₺
  • £

E. Məmmədyarov: “Həll olunmamış münaqişələr ekstremizm üçün şərait yaradır”

E. Məmmədyarov: “Həll olunmamış münaqişələr ekstremizm üçün şərait yaradır”
26.04.2016 15:06
"Biz zorakı ekstremizmin dərin köklərini bəzən gözdən qaçırmış oluruq”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən "Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” adlı panel müzakirələrində deyib.
 
Nazir bildirib ki, bu hallarla mübarizə üçün bəzi beynəlxalq təşkilatların yaxşı strategiyası var: "Amma bəzən yaxşı strategiyanın pis nəticəsini görürük. Azərbaycan da 20 ildən çoxdur zorakı ekstremizmlə üzləşib. Həll olunmamış münaqişələr zorakı ekstremizm üçün münbit şərait yaradır. Beynəlxalq ictimaiyyət vaxtında bizi dinləsəydi, qətiyyətli addımlar sayəsində daha yaxşı yerdə ola bilərdik. Amma hələ də gec deyil. Biz əməkdaşlıq etməliyik. Beynəlxalq təşkilatlar arasında əməkdaşlıq olmalıdır. Azərbaycan son illər gördüyü işlər nəticəsində ölkənin ümumi inkişafına nail olub. Biz yeni müstəqil olmuş ölkə kimi zorakı ekstremizmlə mübarizə aparmaqdayıq”. 
 
E. Məmmədyarov Azərbaycanın davamlı inkişafın tərkib hissəsi kimi strateji regional əməkdaşlığı təşviq etdiyini söyləyib: "Azərbaycan Xəzər regionunu dünya ilə birləşdirən enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir. Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının yaxın gələcəkdə tamamlanması təkcə yaxın qonşularımız deyil, Əfqanıstanda da inkişafın xeyrinə olacaq. Bu ölkədə beynəlxalq ictimaiyyətin 15 illik təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri müsbət nəticələr verib, eyni zamanda o qənaəti gücləndirib ki, düzgün inkişaf və sosial-iqtisadi imkanlar olmadan zorakı ekstremizmi dəf etmək qeyri-davamlı olacaq".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol