• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Malta prezidenti ilə görüşdü

İlham Əliyev Malta prezidenti ilə görüşdü
26.04.2016 17:30
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb.

"Report”un xəbərinə görə, Prezident İlham Əliyev Maltanın prezidenti Mari-Luiz Koleyro Prekaya BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirib. Dövlət başçısı bu səfəri həm də ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət kimi dəyərləndirib və ölkələrimiz arasında əlaqələrin müsbət məcrada inkişaf etdiyini söyləyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Malta arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sahələrinin mövcud olduğunu da bildirib. Ölkəmizin bu cür mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyən dövlət başçısı xanım Prezidentin Bakıya səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu vurğulayıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Malta Prezidenti Mari-Luiz Koleyro Preka Forumun əhəmiyyəti, yüksək səviyyədə təşkili və tədbirin açılışında Prezident İlham Əliyevin məzmunlu çıxışının yaratdığı yüksək təəssüratdan danışıb. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin önəmini vurğulayan Malta Prezidenti ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq perspektivlərinə də toxunub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol