• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Tərtərdə 20-dən çox məzarı dağıdıb

Ermənilər Tərtərdə 20-dən çox məzarı dağıdıb
27.04.2016 17:14
Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından və vətəndaşlardan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan çoxsaylı məlumatlara əsasən, cari ilin aprel ayının 26-dan etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, xüsusən cəbhənin Tərtər rayonu istiqamətində mülki obyektlər, əsasən də yaşayış binaları Ermənistan ordusu tərəfindən hədəfə alınıb, iri çaplı silahlardan və ağır artilleriya qurğularından açılan atəşlər nəticəsində dağıdılıb.

Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumatda bildirilir ki, ağır artilleriya atəşi nəticəsində Tərtər şəhərində 4 fərdi yaşayış evi, bir inzibati bina, Tərtər rayonu Qaraağacı kəndində 16 fərdi yaşayış evi, kənd qəbiristanlığında 20-dən çox məzar dağıdılmış, o cümlədən şəxsi təsərrüfatlara, rayonun elektrik və qaz təsərrüfatına ciddi ziyan dəymişdir. 

Bu hallar hazırda da davam edir.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırmış və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırmışdır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol