• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Qarabağa görə Türkiyəni niyə ittiham edir? - Politoloq

Rusiya Qarabağa görə Türkiyəni niyə ittiham edir? - Politoloq
28.04.2016 15:30
"Moskvada aprelin 27-də 5-ci Təhlükəsizlik Konfransı keçirildi. Rusiya hakimiyyəti bu konfransı məşhur Münhen təhlükəsizlik konfransına bənzətmək istəyir. Ancaq budəfəki konfransa NATO ölkələrindən heç kim qatılmadı. Halbuki, birinci konfransda Qərb ölkələrinin təmsilçiləri də iştirak edir və tədbir maraqlı diskussiya ilə yadda qalmışdı. Bu dəfəki konfransda isə çıxışların çoxu monoloq xarakteri daşıyırdı".

ANN.Az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq Rusiyanın Qarabağa görə Türkiyəni niyə ittiham etdiyini bucür şərh edib: "Rusiyanın Krımı işğal etməsi NATO ölkələrinin Moskva konfransına marağını azaldıb. Konfransda yalnız Avrasiya ölkələrinin nümayəndələri iştirak edirdilər. İran, Suriya, Pakistan, Əfqanıstan və Çinin nümayəndələri Moskvada qlobal təhlükəsizlikdən çox başqa ölkələrə qarşı iddialar səsləndirirdilər. Məsələn, Moskvada çıxış edən İran nümayəndəsi bütün problemlərin kökündə sionizmin dayandığını iddia etdi. Halbuki, Rusiya hakimiyyəti İsraillə sıx münasibətlərə çalışır və İsrail əleyhinə belə çıxışlar Kremldə diskomfort yaratmalıdır".

"Rusiyanın müdafiə naziri Sergey Şoyqu konfransındakı çıxışında ABŞ və NATO-nu tənqid etdikdən sonra Qərbin təzyiqlərinə alternativ yol göstərdi: "Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hərbi əməkdaşlığı genişləndirmək və təşkilatda hərbi məsləhətçilər institutu yaratmaq lazımdır”. Şoyqunun bu ideyasının reallaşması problematikdir. Çünki Krımın işğalından sonra Rusiyadan nəinki Qərb dövlətləri, öz müttəfiqləri də ehtiyat edirlər. Şanxay Əməkdaşlıq Təşkilatında Rusiyadan başqa digər əsas iki dövlət - Çin və Qazaxıstandır. Astana və Pekin Rusiya ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək, o cümlədən birgə regional layihələr həyata keçirmək istəyirlər. Ancaq nə Astana, nə də Pekin Kremlin hərbi avantüralarına şərik olmaq istəyirlər. Qazaxıstan və Çin Rusiyadan fərqli olaraq Qərb ölkələri ilə körpüləri yandırmır, tam əksinə Vaşinqton və Brüssellə müxtəlif iqtiqamətlərdə əməkdaşlıq etməkdə maraqlıdırlar. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatını hərbi bloka çevirməkdənsə, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı niyə yararsızdır” sualına cavab axtarmalıdır. Sualın cavabı isə yenə Rusiyanın xarici siyasətində, Moskvanın Krımı işğalında və ətrafdakı separatçılara verdiyi dəstəkdədir. Ona görə də heç bir dövlət Rusiya ilə hərbi müttəfiq olmaq istəmir. İki il əvvələ qədər Ukrayna və Türkiyə Rusiyanın strateji tərəfdaşları idi. İndi isə Rusiya hər iki ölkəni özünə düşmən edib" - deyə E.Şahinoğlu söyləyib.

Politoloq Rusiya rəsmilərinin və ekspertlərinin aprelin 2-dən bu yana eyni ittihamı təkrarladıqlarını dedi: ""Dağlıq Qarabağda müharibəni Türkiyə qızışdırıb, Ankaranın məqsədi Rusiyaya Cənubi Qafqazda problem yaratmaqdır". Bu məntiqsiz açıqlamanı başqa şəkildə belə oxumaq lazımdır: "Türkiyə Azərbaycan vasitəsilə cəbhə bölgəsində atəşkəsi pozub". Türkiyəli rəsmilər günlərdir Moskvanın bu ittihamına susdular, səbr nümayiş etdirdilər, indi isə türkiyəli rəsmilər və diplomatlar qarşılıqlı açıqlamalar səsləndirirlər. Bakıda BMT-nin Qlobal Forumunda çıxış edən Türkiyənin Avropa Birliyi məsələləri üzrə keçmiş naziri Egemen Bağış dedi ki, Ermənistan müstəqil dövlət deyil, qərarlar Moskvada verilir. Bunun əksini sübut etmək çətindir. Rusiyalı rəsmilər Eğemen Bağışın doğru demədiyini sübut etmək üçün gərək Ermənistanın müstəqil dövlət olduğunu, bu ölkədə başqa dövlətin hərbi bazalarının olmadığını, sərhədi Ermənistan sərhəd qoşunlarının qoruduğunu, silah almaq üçün başqa dövlətdən 200 milyon dollar dilənmədiyini, əsas fabrik və zavodlarını isə Ermənistana məxsus olduğunu sübut edələr".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol