• $
  • €
  • ₽
  • ₺
  • £

XİN başçısı: “Maltada böyük maraqlarımız var”

XİN başçısı: “Maltada böyük maraqlarımız var”
29.04.2016 14:17
"Malta ilə Azərbaycan arasında əməkdaşlıq günbəgün artır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. 
 
O bildirib ki, görüşdə Maltanın gələn il Avropa İttifaqına sədrliyi geniş müzakirə edilib: "Beynəlxalq və regional vəziyyətlə bağlı danışmışıq, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki son toqquşmalar barədə məlumat verdim. Avropada miqrant məsələsinə toxunduq”.
 
Azərbaycanla Malta arasında bu gün 3 sənədin imzalandığını deyən E. Məmmədyarov bildirib ki, bunlar ikiqat verginin aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması barədə hökumətlərarası müqavilə, gənclər və idman sahəsində əməkdaşlığa dair saziş və ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumudur. SOCAR-ın Malta ilə geniş əməkdaşlıq etdiyini deyən nazir Azərbaycanın bu ölkədə böyük maraqlarının olduğunu bildirib. Onun sözlərinə görə, görüşdə gələcəkdə Malta ilə Cənubi Qaz Dəhlizi ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol