• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: “Rusiya boş dayanmayacaq”

Lavrov: “Rusiya boş dayanmayacaq”
29.04.2016 15:41
"Bizi əmin etməyə çalışırlar ki, Şərq tərəfdaşlığından  əvvəlki kimi ərazilərin işğal edilməsi və bu ərazilərdə Rusiya təsirinin azaldılmasına yönəlmiş geosiyasi layihə kimi istifadə edilməyəcək. Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və boş dayanmayacaq”.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov İsveçin "Daqens Nyuxter” qəzetinə müsahibəsində deyib. Şərq tərəfdaşlığının İsveç və Polşanın təşəbbüsü ilə yaradıldığını deyən S. Lavrov  bildirib ki, bu proqram iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi baxımından düzgün təşəbbüsdür: "Bizi əməkdaşlığa dəvət edərkən hansı şərtlərlə olduğunu soruşmuşduq. Aldığımız cavab, əlbəttə, nəzakətli idi. Lakin mahiyyəti ondan ibarət idi ki, şərtləri Brüssel müəyyənləşdirəcək. Başqa formada əməkdaşlıq təklif etdik. Ayrı-ayrı ölkələr üzrə xüsusi layihələr ayırmalı və üçlükdə - Avropa İttifaqı, Rusiya və ev sahibi ilə birlikdə bu layihəni həyata keçirib - keçirə bilməməyimizi müəyyənləşdirməli idik. Əslində isə heç nə dəyişməyib”.

S. Lavrov qeyd edib ki, Rusiya Avropa İttifaqı ilə bu mənada bərabərhüquqlu tərəf kimi dialoqa hazırdır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol