• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Maltanın XİN rəhbərini qəbul etdi

İlham Əliyev Maltanın XİN rəhbərini qəbul etdi
29.04.2016 13:50
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Maltanın xarici işlər naziri Corc Vellanı qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın bu günlərdə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakını yüksək qiymətləndirib.

Malta Prezidentinin səfəri zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında da müzakirələrin aparıldığını qeyd edən dövlətimizin başçısı Maltanın Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin fəal iştirakçısı olduğunu vurğulayıb.

Malta Respublikasının Baş naziri Cozef Muskatın Azərbaycana ötənilki səfərini də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu dəfə Malta xarici işlər nazirinin Bakıya səfərini əməkdaşlığımızın dinamik şəkildə davam etdirilməsinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə Malta arasında fəal tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib, Maltanın xarici işlər naziri Corc Vellanın ölkəmizə səfərinin mövcud əməkdaşlıq formatının möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Xarici işlər naziri Corc Vella Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, ölkəsinin Prezidentinin Bakıya səfərindən və keçirdiyi görüşlərdən məmnun olduğunu deyib.

Maltanın Azərbaycan ilə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyən Corc Vella ikitərəfli münasibətlərin yalnız enerji deyil, hər iki ölkə üçün qarşılıqlı faydalı ola biləcək bir sıra digər sahələrdə möhkəmləndirilməsi üçün də yaxşı potensialın olduğunu bildirib, bu istiqamətdə imkanların araşdırılmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Malta Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol