• $
  • €
  • ₽
  • ₺
  • £

Xələf Xələfov: “Azərbaycanda insan haqlarının tam təmin olunmasına Qarabağ münaqişəsi əngəl törədir”

Xələf Xələfov: “Azərbaycanda insan haqlarının tam təmin olunmasına Qarabağ münaqişəsi əngəl törədir”
05.05.2016 17:54
 XİN rəhbərinin müavini: "Azərbaycanda insan haqlarının tam təmin olunmasına Qarabağ münaqişəsi əngəl törədir”

Cenevrədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Zeid Ra’ad Əl Hüseyn arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMTİHAK) arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndiriləcəyinə inam ifadə olunub.
 
Görüş zamanı X. Xələfov BMTİHAK-ın bütün dünyada insan hüquqlarının təşviqi və qorunması sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib və ölkəmizin BMT-nin insan hüquqları sisteminin bütün mexanizmləri ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini ifadə edib.
 
Nazir müavini həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqinin ölkə başçısının birbaşa qayğısı və nəzarəti altında həyata keçirildiyini nəzərə çatdırıb. Ölkədə insan hüquqlarının bütünlüklə təmin olunmasında Ermənistan-Azərbaycan münaqişəsinin əngəl təşkil etdiyi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdıran X. Xələfov azərbaycanlı qaçqın və məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtma hüququnun təmin olunması istiqamətində beynəlxalq səylərin artırılmasının zəruriliyini vurğulayıb.
 
2016-cı ilin aprel ayının əvvəlindən başlayaraq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdəki mövqelərdən qoşunların təmas xətti boyunca mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutduğu, xeyli sayda azərbaycanlı mülki əhalinin öldürüldüyü və yaralandığı, çoxsaylı bina, məktəb və digər sosial obyektlərin dağıdıldığı və əldə olunmuş atəşkəs razılaşmasının davamlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğu təəssüflə qeyd edilib.
 
Z. Əl Hüseyn isə Azərbaycanın ümumilikdə BMT-nin insan hüquqları sistemi, o cümlədən BMTİHAK-la mövcud əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə edərək, Azərbaycan tərəfinə təşəkkür edib. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti və ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı verilmiş ətraflı məlumata görə minnətdarlığını bildirib, habelə 2-5 aprel 2016-cı il tarixində qoşunların təmas xətti boyunca baş vermiş hadisələrə görə narahatlığını ifadə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol