• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Qarabağla bağlı materiala görə “Associated Press”ə etiraz etdi

XİN Qarabağla bağlı materiala görə “Associated Press”ə etiraz etdi
18.05.2016 16:24
"Associated Press”in Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə dair hazırladığı materialda Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisinin 12.000 kvadrat kilometr göstərilməsi faktı ilə əlaqədar etirazımız agentliyə çatdırılıb.

Bunu Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
 
O qeyd edib ki,  Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisi 4.400 kv. km-dir.

"İşğal olunmuş digər ətraf rayonların ərazisi isə 12.6000 kv.km-dir.  Ümumilikdə işğal olunmuş Azərbaycan ərazilərinin sahəsi 17.000 kv. km-dir və bu da ölkəmizin ərazisinin 20 faizini təşkil edir”, – deyə H.Hacıyev bildirib.

H. Hacıyev həmçinin qeyd edib ki, materialda agentlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar yenə də "dispute” (mübahisə) ifadəsi işlənilib.

"Bu da münaqişənin əsl mahiyyətini təhrif edir və münaqişə ilə əlaqədar tətbiq olunan terminologiyaya ziddir. Həmçinin materialda münaqişəyə dini çalarlar verilməsinə cəhd göstərilməsi düzgün yanaşma deyil. Rəsmi İrəvan Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü pərdələmək üçün müxtəlif vasitələrə, o cümlədən din amilinə üz tutmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün səy göstərir.

Ermənistan-Azərbaycan münaqişəsinin kökü və səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquqa zidd şəkildə gücdən istifadə edərək Azərbaycan ərazilərini işğalı və işğal olunmuş ərazilərdə Azərbaycan əhalisini qanlı etnik təmizləməyə məruz qoymasıdır. Münaqişənin həssaslığını və beynəlxalq ictimaiyyətin düzgün şəkildə məlumatlandırılması zərurətini nəzərə alaraq, "Associated Press”i təkidlə sözügedən materialda müvafiq düzəliş etməyə, bu kimi faktları verməmişdən öncə dəqiqləşdirmə aparmağa və narahatlıq doğuran digər məqamları nəzərə almağa çağırırıq”, - deyə H.Hacıyev bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol