• $
  • €
  • ₽
  • ₺
  • £

"Biz regiona sülh gətirməliyik"

"Biz regiona sülh gətirməliyik"
28.05.2016 15:57

ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin qarşıdakı həftələrdə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə gələcək ünsiyyət və parlament səviyyəsində mübadilə ilə bağlı bir neçə konkret ideya təklif etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə K.Vigenin regiona səfərinin yekunları barədə danışarkən məlumat verib.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində parlamentlərarası əlaqələri inkişaf etdirmək zəruridir. Qəbuledilməz insan itkiləri ilə nəticələnən status-kvonu dəyişməyin vaxtı çatıb. Biz səylərimizlə bu qeyri-stabil regiona sülh gətirməliyik", - deyə K.Vigenin bildirib.

O, təmas xəttində baş verən insidentlərin araşdırlması mexanizmi ilə bu yaxınlarda əldə olunan razılaşmanı, həmçinin ATƏT-in Dağlıq Qarabağ münaqişəsi zonasında iştirakı ilə bağlı qərarı vacib və müsbət addım adlandırıb.

"Həm Azərbaycanda, həm də Ermənistanda hökuməti yaxın gələcəkdə bu razılaşmalara əsaslanmağa çağırdım. Hərtərfli sülh razılaşmasının geniş siyasi iradəsinin artırılması məqsədilə parlament səviyyəsində istər regiondakı, istərsə də ondan kənardakı parlamentarilərlə işə davam etməyi planlaşdırıram", - deyə K.Vigenin vurğulayıb.

Xüsusi nümayəndə bir daha ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini bildirərək münaqişənin hərbi həllinin ola bilməyəcəyini xatırladıb.

"Məsələnin sülh yolu ilə həllinə töhfə verməyə çalışdıqları üçün Minsk qrupu və onun həmsədrlərini tam dəstəkləyirəm. Onların səylərinə dəstək vermək üçün mən də qarşıdakı həftələrdə həmkarlarıma Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə gələcək ünsiyyət və parlament səviyyəsində mübadilə ilə bağlı bir neçə konkret ideya təklif etmək niyyətindəyəm", - deyə K.Vigenin bildirib.

O əlavə edib ki, iyulun 1-5-də Tbilisidə keçiriləcək ATƏT-in Parlament Assambleyasının illik iclası ilkin müzakirələr üçün platforma rolunu oynaya bilər.

Qeyd edək ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol