• $
  • €
  • ₽
  • ₺
  • £

NATO Azərbaycan sərhədlərinə yaxınlaşır - POLİTOLOQ

NATO Azərbaycan sərhədlərinə yaxınlaşır - POLİTOLOQ
06.06.2016 16:36
"Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Ben Hodces ötən həftə Bakıda 3 vacib təklifini Azərbaycan rəsmilərinin diqqətinə çatdırdı"

ANN.Az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq general Ben Hodcesin 3 təklifini şərh edib.

Birinci təklif: Gələn il Gürcüstanda birgə hərbi təlimlər keçiriləcək. ABŞ həmin təlimlərdə Azərbaycan hərbçilərini də görmək istəyir.

İkinci təklif: Yay aylarında Rumıniyada da birgə hərbi təlimlər planlaşdırılıb. ABŞ bu təlimlərə Azərbaycan hərbçilərini də dəvət edib.

Üçüncü təklif: Rəsmi Bakının dəvəti olacağı təqdirdə ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak etmək istəyirlər. Amerikalı generalın sözlərinə görə amerikalı hərbçilər bu bölgəyə xas olan təcrübəni öyrənməkdə maraqlıdırlar.

Politoloqun sözlərinə görə, rəsmi Bakı üçün amerikalı generalın hər 3 təklifinə "hə” deməsi problematikdir: "Çünki, rəsmi Bakı Kremlin reaksiyasından ehtiyat edir. Məsələn, may ayının sonunda Gürcüstanda ABŞ və Böyük Britaniya hərbçilərinin və döyüş texnikasının iştirakı ilə birgə hərbi təlimlər keçirildi. Əslində Azərbaycan bu təlimlərə də dəvətli idi. Ancaq Rusiya hakimiyyəti Tiflis yaxınlığında – Vazianidəki təlimlərə etiraz etdi. Əgər Azərbaycan hərbçiləri də həmin təlimlərdə iştirak etsə idilər, bu Bakı ilə Moskva arasındakı münasibətlərdə müəyyən suallar yaradacaqdı. Azərbaycan hakimiyyəti isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki həssas məqamda Rusiya ilə münasibətlərdə gərginlik yaşamaq istəmir.Buna baxmayaraq, NATO istər-istəməz Azərbaycan sərhədlərinə yaxınlaşıb və yaxın gələcəkdə rəsmi Bakı seçim etmək məcburiyyətində qalacaq. İyul ayında Polşa paytaxtı Varşavada NATO sammiti keçiriləcək. Əgər həmin sammitdə Gürcüstanın NATO üzvlüyünə və ya inteqrasiyanın gücləndirilməsinə razılıq verilərsə, bu NATO-nun Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradacaq. ABŞ-ın Gürcüstanda kiçik miqyaslı hərbi bazasının formalaşdırması da mümkündür. NATO Azərbaycanla da hərbi əməkdaşlığa maraq göstərir. NATO ən azı Azərbaycandan keçən boru xətlərinin mühafizəsi məsələsində Bakı ilə dialoqu genişləndirməyə ümidlidir. Digər tərəfdən NATO sturkturları Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirir, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yanaşmasına dəstək verirlər. NATO-nun bu yanaşması istər-istəməz Azərbaycanla NATO arasındakı əməkdaşlığın genişləndirilməsini zəruri edir".

"Rəsmi Bakı birbaşa NATO və ABŞ-la hərbi əməkdaşlığın genişlənməsi məsələsində bir qədər ehtiyat etsə də digər NATO üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən çəkinmir və bu zaman Azərbaycan hakimiyyəti Rusiyanın mövqeyini nəzərə almır. Rusiya hakimiyyətinin özü də NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığından narahat olsa da, Bakı-Ankara hərbi əməkdaşlığını özü üçün təhlükə kimi qiymətləndirmir. Çünki, bilir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Rusiyanın əleyhinə yönəlməyib, həm də Kreml eyni dilə və kökə malik Azərbaycanla Türkiyənin hərbi və siyasi ittifaqını da zərurətdən irəli gəldiyini anlayır. Bu baxımdan Azərbaycan Türkiyənin dəvət etdiyi bütün birgə hərbi təlimlərdə iştirak edir. Məsələn, Azərbaycan hərbçiləri keçən həftə eyni gündə Türkiyədə iki hərbi təlimdə iştirak etdilər. Birinci təlimlər Türkiyənin İzmir şəhərində keçirilib. "Efes” adlanan təlimlərini Türkiyənin prezidenti və baş naziri ilə yanaşı Azərbacanın müdafiə naziri də izləyib. Təlimlərdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı və Qatar hərbçiləri iştirak ediblər. Bu o deməkdir ki, əslində rəsmi Bakı Türkiyə və ABŞ hərbçilərinin iştirak etdikləri təlimlərdən yayınmır. Əsas şərt təşəbbüskarın Türkiyə olmasıdır. Eyni günlərdə Azərbaycan hərbi pilotları Türkiyənin bir başqa şəhəri – Konyada keçirilən hərbi təlimlərdə də iştirak edirlər. "Anadolu Qartalı - 2016” adlanan təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 pilotu təmsil olunur" - deyə E.Şahinoğlu əlavə edib.

Elxan Şahinoğlunun fikrincə ABŞ və NATO Rusiyanın qonşuları ilə əməkdaşlığı genişləndirmək istəyir: "Baltik ölkələri, Ukrayna, Moldova, Gürcüstan bu əməkdaşlıqda maraqlıdırlar. Çünki Rusiyadan təhlükə gözləyirlər. Azərbaycan hakimiyyəti NATO-nun Qərbdən olan üzvləri ilə birgə hərbi təlimlərdən ehtiyat etsə də, ordu quruculuğu məhz NATO standartlarına əsaslanır. NATO standartlarını isə NATO-nun və Türkiyənin hərbi strukturlarında kurslar keçən hərbçilər bilirlər. Ona görə də rəsmi Bakı istər-istəməz NATO və Türkiyənin hərbi texnologiyalarını mənimsəyən hərbçilərə üstünlük verməlidir".



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol