• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarov: Azərbaycan və Çinin mövqeləri üst-üstə düşür

Məmmədyarov: Azərbaycan və Çinin mövqeləri üst-üstə düşür
09.06.2016 18:19
Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Honq Jiu Yini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Oxu.Az-a Nazirliyin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, görüşdə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşləri və səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Elmar Məmmədyarov ölkəmizin nəqliyyat və tranzit imkanları haqqında danışaraq Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Çini təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin mühüm hissələrindən biri ola biləcəyini vurğulayıb. O, iki ölkə arasında humanitar və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyib.

Elmar Məmmədyarov beynəlxalq gündəlikdə olan vacib məsələlərə münasibətdə Azərbaycan və Çinin mövqeyinin üst-üstə düşdüyünü qeyd edərək, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman BMT TŞ çərçivəsində Çin ilə yaxın əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.

Səfir Honq Jiu Yin ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, 2016-cı ilin mayında Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu və Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin Azərbaycana səfərlərinin bunun bariz nümunəsi olduğunu bildirib. 
 
Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Elmar Məmmədyarov Səfir Honq Jiu Yina Azərbaycan və Çin arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzu edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol