• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Obamanı istefa verməyə çağırdı

Tramp Obamanı istefa verməyə çağırdı
13.06.2016 12:25
Respublika partiyasının ABŞ prezidentliyinə yeganə namizədi Donald Tramp Ağ evin hazırkı rəhbəri Barak Obamanı Floridada 50 nəfərin ölümü ilə nəticələnən gey-kluba hücumdan sonra istefa verməyə çağırıb. 

Oxu.Az xəbər verir ki, siyasətçinin bəyanatı saytında yerləşdirilib. 

Tramp ölənlərin ailələrinə və zərərçəkənlərə dərin təəssüfünü bildirib. O, baş verən hücumu 2001-ci ilin 11 sentyabr tarixində törədilən terror aktından sonra ən pis terror aktı adlandırıb.  

Milyardçı qeyd edib ki, Amerika xalqı radikal islam terrorçuları tərəfindən hücuma məruz qalıb və bildirib ki, Obamanın öz çıxışında "biyabırçı şəkildə, hətta "radikal islam” ifadəsini işlətməkdən imtina edib”.

"Yalnız elə bu səbəbdən də o, istefa verməlidir”, - vurğulayıb. 

Bundan başqa, Tramp əlavə edib ki, əgər demokratların namizədi Hillari Klinton bu hücumdan sonra da "radikal islam” kəlmələrini işlədə bilmirsə, o da prezident kürsüsü uğrunda mübarizədən geri çəkilməlidir. 

"Biz daha siyasi səhvlərə yol verməmək üçün təmkinli davranmamalıyıq”, - milyardçı vurğulayıb.

O, ABŞ-ın hər il Yaxın Şərqdən 100 min mühaciri qəbul etdiyini xatırladıb. Eyni zamanda, yüzlərlə mühacirin və onların uşaqlarının Birləşmiş Ştatlarda terrorçuluq fəaliyyətinə cəlb edildiyini əlavə edib. 

Bununla yanaşı Tramp, Klintonun Yaxın Şərqdən qəbul edilən mühacirlərin sayının artırılmasına dair planlarını tənqidə tutub.  

Tramp öncə də müsəlmanların ünvanına kəskin tənqidlə çıxış edirdi. Əsasən də, 2015-ci ilin noyabr ayında Parisdə törədilən terror aktından sonra o, islam dininə sitayiş edənlərin ABŞ-a girişinə tam qadağa qoyulmasının lehinə çıxış edib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol