• $
  • €
  • ₽
  • ₺
  • £

Brayza: "Vyana və Sankt-Peterburq danışıqlarında həqiqətən müəyyən nəticələr əldə olunub"

Brayza: "Vyana və Sankt-Peterburq danışıqlarında həqiqətən müəyyən nəticələr əldə olunub"
22.07.2016 17:31
Putin sülhməramlı rolu oynaya bilsə, bu, çox yaxşı olar

"Vyana və Sankt-Peterburq danışıqlarında həqiqətən müəyyən nəticələr əldə olunub. Çünki danışıqlar təkcə təmas xəttindəki gərginliyi azaltmayıb, həm də münaqişənin həllində siyasi məqamların müzakirəsinin başlanmasına gətirib çıxarıb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ekspert Metyu Brayza deyib.

Onun sözlərinə görə, müəyyən nəticələrin əldə olunmasını Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatı da təsdiq edir.
Münaqişənin həllində Rusiyanın rolunun güclənməsi məsələsini şərh edən M.Brayza əvvəllər həmişə Rusiya prezidenti Vladimir Putinin bu məsələ ilə ciddi məşğul olmadığını düşündüyünü bildirib: "Ancaq Bakıda keçirilən danışıqlardan sonra belə nəticəyə gəldim ki, Putin həqiqətən aprel böhranının çox ciddi olduğunun, böyük təhlükə daşıdığının və mümkün müharibənin Rusiya üçün faydalı olmadığının fərqinə varıb. Putin sülhməramlı rolu oynaya bilsə, bu, çox yaxşı olar".

Mətbuatda Qarabağ məsələsinin mərhələli həlli çərçivəsində Azərbaycanın beş işğal olunmuş rayonunun ilin sonuna qədər qaytarıla bilməsi barədə yayılmış məlumatı şərh eədn keçmiş həmsədr bildirib ki, bu, belə tez baş verə bilməz: "Mən danışıqlarda iştirak etmirəm. Bəlkə də onlar bizim bilmədiyimiz müəyyən razılaşma əldə ediblər. Amma fikrimcə, proses uzun çəkəcək. Belə məsələlər bir neçə ay ərzində həll edilmir".
M. Brayza, həmçinin bəzi politoloqların və ekspertlərin Yerevanda polis binasının ələ keçirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin pozulmasına yönəldilməsinin mümkünlüyü barədə fikirlərini bölüşdüyünü vurğulayıb. Bu mənada o, bir neçə il əvvəl Ermənistan parlamentində törədilmiş terror aktını xatırladıb və həmin hadisənin danışıqlar prosesini yarımçıq qoyduğunu bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol