• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhədəki döyüşlərlə bağlı bəyanat

Cəbhədəki döyüşlərlə bağlı bəyanat
29.05.2020 08:46
Ermənistan-Azərbaycan Sülh Platformasının qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb.

Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilib ki, Ermənistan-Azərbaycan Sülh Platforması 24-25 fevral tarixlərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı narahatlığını bildirir, insan itkilərin olması ilə bağlı yayılan məlumatlara görə dərin təəssüf hissi keçirir.

Bəyanatda vurğulanır ki, 25 ildən artıq uzanan münaqişədə sadə xalqın əziyyət çəkməsi, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməməsi, həmçinin, döyüşlərdə hər iki tərəfdən itkilərin olması və onların ailələrinin bu itkilərlə yaşamaq ağrısı Ermənistan-Azərbaycan Sülh Platformasını dərindən üzür: "Baş verənlər münaqişənin dərhal həll olunmasının vacibliyini bir daha sübut edir. Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, biz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə və hər iki xalqın dialoqu ilə mümkün olduğuna inanırıq. Bu səbəbdən də tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa, itkilərə son qoymağa və beynəlxalq hüquq normaları çərçivəsində münaqişəni tezliklə həll etməyə səsləyirik. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin tez bir zamanda həll edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırırıq”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol