• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov xarici ölkələrdəki hərbi attaşelərlə görüşüb

Zakir Həsənov xarici ölkələrdəki hərbi attaşelərlə görüşüb
04.08.2016 17:36
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri ilə görüşüb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naziri görüş iştirakçıları qarşısında geniş məruzə ilə çıxış edib. Z. Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində orduda bütün istiqamətlər üzrə aparılan islahatların əhəmiyyətindən danışıb.
 
Cəbhə xəttindəki son vəziyyətdən danışan müdafiə naziri Silahlı Qüvvələrin təşkilat-ştat strukturunun təkmilləşdirilməsinin, ordunun müasir silah-sursat, zirehli texnika və döyüş vasitələri ilə təchiz edilməsinin, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə yeni poliqonların istifadəyə verilməsinin və müxtəlif qoşun növlərinin cəlb olunması ilə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
 
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, xidməti və daimi mənzillərin istifadəyə verildiyini vurğulayaraq bu sahədə görüləcək işlər və digər tədbirləri hərbi attaşelərin diqqətinə çatdırıb.
 
Həyata keçirilən xidməti fəaliyyətlərə, o cümlədən xarici hərbi prioritetlərimizə dair geniş məruzənin sonunda general-polkovnik Z.Həsənov şəxsi heyət qarşısında duran məqsəd və tapşırıqları müəyyən edib, qarşıya konkret vəzifələr qoyub və tövsiyələrini verib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol