• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin şöbə müdiri vəzifəsindən azad olundu

Milli Məclisin şöbə müdiri vəzifəsindən azad olundu
30.12.2016 16:26
 Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov vəzifəsindən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, L.Hüseynov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxarılıb.

Həmin şöbəyə Mirhəşim Seyid müdir təyin olunub. O, əvvəllər Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini işləyib. 
İndiyə qədər parlamentin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri olan Fuad Məmmədov şöbə müdirinin müavini təyin edilib. 
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev dekabrın 30-da yeni şöbə müdirini və müavinini kollektivə təqdim edib.

Xatırladaq ki, oktyabrın 11-də Strasburqda Avropa ŞurasıParlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub. Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov Azərbaycanın Avropa Məhkəməsindəki hakimi seçilib.
 
O, vəzifəsinin icrasına 2017-ci ilin yanvarında başlayacaq.

Azərbaycanı 2003-ci ildən Avropa Məhkəməsində Xanlar Hacıyev təmsil edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol