• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada erməni terroru ilə bağlı petisiya başladı

Rusiyada erməni terroru ilə bağlı petisiya başladı
09.01.2017 09:46
Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov 1977-ci ilin yanvarın 8-də ermənilərin Moskvada törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlayıb.

Bu barədə APA-ya Oleq Kuznetsov özü məlumat verib. O. Kuznetsov petisiyada Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan ermənilərin 1977-ci il yanvarın 8-də Moskvada törətdiyi seriya terror aktları ilə bağlı cinayət işi materiallarının məxfilikdən çıxarılmasını xahiş edib. Onun sözlərinə görə, bu addım, erməni terroru və məlum cinayət haqqında bütün tarixi həqiqətlərin ortaya çıxmasını mümkün edəcək.

Qeyd edək ki, ermənilər terror aktını 1977-сi il, yanvarın 8-də Moskva metropoliteninin "İzmaylovskaya" və "Pervomayskaya" metro stansiyaları arasında vaqonda törədiblər. Eyni vaxtda ermənilər SSRİ KQB-sinin yerləşdiyi binanın yaxınlığındakı 15 saylı ərzaq mağazasında və "25 Oktyabr" (indiki Nikolskaya) küçəsində yerləşən 5 saylı mağazada terror aktları həyata keçiriblər.

Daşnak Zatikyan, Stepanyan və Baqdasaryanın törətdiyi bu 3 terror aktı nəticəsində 7, digər məlumatlara görə 29 nəfər həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bir müddət sonra terror hadisəsini törədənlər SSRİ hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Onların cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanılıb. 1979-cu ildə məhkəmə ermənilər barəsində ölüm hökmü çıxarıb və hər üçü güllələnib.

Uzun illər sonra terrorçu Zatikyanın məhkəmədə çıxışından bir neçə məqam ictimaiyyətə məlum olub. Zatikyan məhkəmə zamanı bu sözləri deyib: "Mən dəfələrlə bəyan etmişəm ki, sizin mühakimədən imtina edirəm və heç bir müdafiəçiyə ehtiyacım yoxdur. Mən müqəssir deyiləm, mən ittihamçıyam. Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır. Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!".

Petisiyanı "Change.org" saytındakı linkə daxil olaraq imzalamaq olar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol