• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov: "Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır"

Zakir Həsənov: "Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır"
29.05.2020 04:18
"Son illər ərzində Raket və Artilleriya Qoşunlarının yeni, müasir silah və texnika, atəşi idarəetmə sistemləri ilə təminatı bu qoşun növünün zərbə gücünü kifayət qədər artıraraq, düşmənin bütün hərbi infrastruktur obyektlərini məhv etmək imkanlarını genişləndirib"

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N” hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Hərbi Hava Qüvvələrinin silahlanması yüksək səviyyədədir və qoşunlar qarşıda duran vəzifələri həll etmək, o cümlədən həm havadan, həm də qurudan istənilən hücumun qarşısını almaq, düşmənin ön xəttindəki və onun müdafiəsinin dərinliyindəki mövqelərinə havadan zərbə endirmək qabiliyyətinə malikdir.

Nazirin sözlərinə görə, müxtəlif qoşun növlərinin iştirakı ilə döyüş atışlı irimiqyaslı təlimlərin keçirilməsi şəxsi heyətin idarəçilik və döyüş qabiliyyətinin artırılmasına, atəşin peşəkarlıqla idarə olunmasına imkan yaradıb.

Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpağı, o cümlədən strateji yüksəklikləri azad edib və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir. Silahlı Qüvvələrimizin aprel döyüşlərində nümayiş etdirdiyi döyüş ruhu və qabiliyyəti orduda keçirilən islahatların yüksək göstəricisidir. Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir. 2017-ci ildə Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifələr işğal altındakı torpaqlarımızın azad edilərək ərazi bütövlüyümüzün bərpa olunması, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, qoşunların operativ idarə olunması, silahlanmaya yeni qəbul edilmiş hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi və tətbiqi, şəxsi-heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsindən ibarətdir". //Report

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol