• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən əsgərimizin şəhid olması xəbəri ilə bağlı AÇIQLAMA

Nazirlikdən əsgərimizin şəhid olması xəbəri ilə bağlı AÇIQLAMA
25.01.2017 12:50
Müdafiə Nazirliyi əsgərin şəhid olması barədə yayılan məlumatlara münasibət bildirib.
 
Müdafiə Nazirliyinin mətbuta xidmətindən verilən məlumata görə, hazırda Almaniyada məskunlaşan Həbib Müntəzirin yaydığı məlumat əsassızdır:
 
"Silahlı Qüvvələrimizə, əsgər və zabit heyətinə qarşı düşmənçiliyi, ermənipərəst mövqeyi ilə tanınan və yalan məlumatlar yayaraq ictimaiyyəti, sosial şəbəkə istifadəçilərini aldadan Həbib Müntəzir adlı birisinin növbəti yalanı ortaya çıxıb. Belə ki, 24 yanvar 2017-ci il tarixdə sosial şəbəkədə Həbib Müntəzir Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yayıb, onun fotosunu paylaşıb və Müdafiə Nazirliyinin bu haqda susması iddiasını irəli sürüb. Bildiririk ki, əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamatdır və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Bu cür və buna bənzər yalan xəbərlərin sosial şəbəkələrdə yayılaraq tirajlanması ailələr üçün böyük narahatlıq doğurur, ictimaiyyət arasında çaşqınlıq yaradır və ordumuzun uğurlarına kölgə salaraq nüfuzuna xələl gətirmək məqsədi güdür.
 
Eyni zamanda, belə xəbərlərin erməni tərəfi üçün təxribatlar törətməyə əlverişli zəmin yaratdığını nəzərə alaraq ictimaiyyətdən, o cümlədən kütləvi informasiya vasitələrindən diqqətli olmalarını tövsiyə edir və informasiyanın dəqiqləşdirmədən yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırırıq”.
 
MN ölüm xəbəri yayılan hərbçinin video müraciətini də APA-ya təqdim edib. Mahmud Əkbəri video müraciətində şəhid olması barədə sosial şəbəkələrdə yayılan məlumatın yalan olduğunu bildirib:
 
"Hamıya və ilk növbədə valideynlərimə deyirəm ki, salamatam, hərbi hissədə xidmətimi davam etdirirəm”. //APA

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol