• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistanı atəşkəsə riayət etməyə dəvət edirik” - Türkiyə XİN

“Ermənistanı atəşkəsə riayət etməyə dəvət edirik” - Türkiyə XİN
27.02.2017 09:40
"Fevralın 24-dən 25-ə keçən gecə təmas xəttində Ermənistanın Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən hücumu qınayırıq”.   "Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici işlər Nazirliyinin bəyanatında bildirilir.

Açıqlamada şəhidlərə Allahdan rəhmət, onların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləndiyi qeyd olunub.

"Ermənistan yarım əsrdir ki, Azərbaycan torpaqlarının 1/5-ni işğal altında saxlayır. 2016-cı ilin aprel ayında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində baş verən şiddətli qarşıdurmaların təkrar yaşanmaması üçün Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət edirik”, - deyə XİN-dən bildirilib.

Məlumatda Türkiyənin daimi bir həll istiqamətindəki səyləri dəstəkləməyə davam edəcəyi də vurğulanır: "Dağlıq Qarabağ ixtilafının həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək”.
Açıqlamada həmçinin, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefon əlaqəsi saxlayaraq məlumat aldığı qeyd olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol