• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Gürcüstan yeni qurum yaradır

Azərbaycan və Gürcüstan yeni qurum yaradır
01.03.2017 21:42
ANN-nın "newsgeorgia.ge”-ə istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda Gürcüstan DİN və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında bununla bağlı memorandum imzalanacaq.
 
Məlumata görə, müvafiq razılıq Gürcüstan daxili işlər naziri Georgiy Mqebrişvili və DSX rəisi Elçin Quliyev arasında Tbilisidə keçirilən görüşdə əldə olunub.
 
Sərhəd komissarları institutu sərhəddə insidentlərin nizama salınması məqsədilə yaradılır. Burada iki ölkənin sərhəd qurumlarının nümayəndələri təmsil olunacaq.
 
"Bizim məqsədimiz sərhəddə nəzarətin daha da gücləndirilməsi və iki ölkə arasında gələcək əməkdaşlığı dərinləşdirməkdir. Bu da öz növbəsində iki ölkənin təhlükəsizliyinə töhfə verəcək”, - deyə G.Mqebrişvili söyləyib.
 
G.Mqebrişvili E. Quliyevi sərhəd-keçid məntəqələrin reabilitasiyası, sərhəd polisinin peşəkarlığının artırılması və müasir texnika ilə təchizatına dair layihələrlə də tanış edib. Öz növbəsində, E. Quliyev əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu qeyd edib.
 
E.Quliyev Gürcüstana səfəri çərçivəsində həmkarı David Nikoleişvili və Polis Patrul Departamentinin direktoru Qoqa Razmadze ilə də görüşüb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol