• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan səfiri Litvanın mədəniyyət naziri ilə görüşüb

Azərbaycan səfiri Litvanın mədəniyyət naziri ilə görüşüb
31.03.2017 22:40
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın mədəniyyət naziri Liana Ruokyte-Jonsson ilə görüşüb.
 
Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasındakı mövcud əlaqələrdən danışılmış və mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Liana Ruokyte-Jonssonu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edən səfir bu ilin 5-6 may tarixlərində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğu onun diqqətinə çatdırıb.
 
Azərbaycan və Litva arasında mədəniyyət sahəsində əməkdaşlıqdan söz açan diplomat iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirmiş və  son illər ərzində həm Azərbaycanda, həm Litvada mədəniyyət sahəsində təşkil olunmuş beynəlxalq festivallarda hər iki ölkənin mədəniyyət xadimlərinin iştirak etdiyini vurğulayıb.
 
Nazir L. Ruokyte-Jonsson iki ölkə arasında mədəniyyət sahəsindəki əməkdaşlıqdan məmnunluq ifadə edərək, Litva müstəqilliyinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi istiqamətində aparılan işlərdən danışıb və yüz illik yubileylə bağlı gələn il ölkədə keçiriləcək tədbirlərdə iştirak üçün Azərbaycan musiqi və incəsənət kollektivlərini dəvət edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol