• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda komanda-qərargah təlimi keçirilir

Naxçıvanda komanda-qərargah təlimi keçirilir
27.04.2017 21:00
Naxçıvanda komanda-qərargah təlimi keçirilir.
 
APA-nın məlumatına görə, təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədi ilə birləşmə və hissələr "Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
 
Cəmləşmə rayonlarında idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktiki həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordunun birgə fəaliyyəti ilə tibb müəssisələrindən hərbi vəzifəli şəxslərin və təcili tibbi yardım maşınlarının səfərbərlik üzrə toplanması və təyinatı üzrə bölüşdürülməsi həyata keçirilib.  
 
Şəxsi heyətin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə hərbi səhra hospitalının hərbi həkim heyəti tərəfindən səfərbərliyə alınmış hərbi vəzifəlilərə göstərici dərs və məşğələlər keçirilib. Təlimin gedişində Naxçıvan səhiyyə naziri Niyazi Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Səxavət Salmanov, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev səfərbərlik üzrə tibb müəssisələrindən təlimə cəlb edilmiş hərbi vəzifəlilərlə görüşüblər.
 
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun müxtəlif güc strukturları ilə birgə keçirilən komanda-qərargah təlimi davam edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol