• $
  • €
  • ₽
  • ₺
  • £

DİN 6 regional qurumda işləmək üçün jurnalist axtarır

DİN 6 regional qurumda işləmək üçün jurnalist axtarır
28.04.2017 14:20
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə regional qurumlarında vakant vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib.

Nazirliyin Baş Kadrlar İdarəsindən "Report"a verilən məlumata görə, müsabiqədə Azərbaycanın ali təhsil müəssisələrini "jurnalist” ixtisası üzrə bitirən, müxbir kimi əmək stajına malik olan, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vuran (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunan şərtlərə cavab verən, aşağıda göstərilən şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və hazırda yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər:

Gəncə regionu üzrə: Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir;

Şirvan regionu üzrə: Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan;

Quba regionu üzrə: Quba, Xaçmaz, Qusar;

Lənkəran regionu üzrə: Lənkəran, Astara, Masallı;

Şəki regionu üzrə: Şəki, Mingəçevir, Oğuz, Qəbələ;

Bərdə regionu üzrə: Bərdə, Ağdam, Tərtər, Yevlax.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprel ayının 17-dən may ayının 17-dək //www.mia.gov.az/index.php?/az/content/29942/... ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin [email protected] internet ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet (kişilər üçün);

- əmək kitabçası.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol