• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa görə yaranmış çatlar bitdi...

Qarabağa görə yaranmış çatlar bitdi...
16.05.2017 10:47
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının köməyi ilə tezliklə Avrasiyada təsir dairəsini daha çox artıracaq

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu bardə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) "kölgəsi” hesab olunan "Stratfor” kəşfiyyat-analitik mərkəzi "Russia Regains Its Momentum Across Eurasia” adlı məqaləsində yazır.

Mərkəz qeyd edir ki, regionda təhlükəsizlik məsələsində və Avropa ilə daimi fikir ayrılığı sayəsində yaranan qeyri-stabil vəziyyət bu blokların üzvlərini Moskva ilə daha sıx əməkdaşlıq etməyə məcbur edəcək. Lakin kəşfiyyat-analitik mərkəzin fikrincə, yaxın gələcəkdə KTMT və Avrasiya İqtisadi İttifaqının üzvlərinin sayı genişlənməyəcək.

"KTMT daxilində müxtəlif fikir ayrılıqları yaranmışdı. Xüsusilə 2016-cı ildə Dağlıq Qarabağda baş vermiş müharibədə blokun iki üzvü Qazaxıstan və Belarus Azərbaycanı dəstəklədi. Bununla yanşı, KTMT-nin baş katibinin erməni olması məsələsində də fikir ayrılıqları mövcud idi. Lakin Qarabağa görə yaranmış çatlar aradan qalxıb. Bişkekdə keçirilən sammitdə Ermənistan nümayəndəsi Yuri Xaçaturov blokun baş katibi seçildi. Son aylar KTMT və Avrasiya İqtisadi İttifaqı müsbət istiqamətdə inkişaf edir. Bu, Avrasiya üzrə təhlükənin böyüməsi deməkdir”, - deyə məqalədə bildirilir.

Mərkəz Rusiyanın Mərkəzi Asiyada Hava Hücumundan vahid müdafiə sisteminin yaradılması planlarına toxunur: "Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Qerasimov aprelin 19-da bildirdi ki, tezliklə bu proses başa çatacaq. Moldova Avrasiya İqtisadi İttifaqında müşahidəçi status aldı. Bu, Moldovanın gələcəkdə bloka üzv olmasının başlanğıcı hesab oluna bilər. Belarusla Rusiya arasında qaz məsələsinə görə yaranmış fikir ayrılığı da həll olundu. Beləliklə, KTMT və Avrasiya İqtisadi İttifaqı Avrasiyada hərəkətə keçir. Düzdür, bu institutlar yaxın gələcəkdə genişlənməyəcəklər, lakin Rusiya Avrasiyada öz təsirlərini gücləndirəcək və Qərblə qarşıdurmanı davam etdirəcək”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol