• $
  • €
  • ₽
  • ₺
  • £

İki cəbhədən Ermənistana öldürücü hücun başlanır

İki cəbhədən Ermənistana öldürücü hücun başlanır
16.05.2017 11:37
Anews.az publika.az-a istinadın xəbər verir ki, ABŞ və Rusiya qarşıdurması düşmən ölkəni çıxılmaz vəziyyətə salıb.

Rəsmi İrəvan Moskvanın nəzarətindədir, lakin Ermənistana böyük təsir imkanlarına malik olan erməni diasporu Vaşinqtona yaxındır.

Rusiya Gümrüdəki 102-ci hərbi bazasından Suriyadakı əməliyyatlar üçün istifadə etmək niyyətini açıqlayıb. Ermənistan bununla İŞİD-in hədəfinə çevrilə biləcəyindən qorxur.

Brüsseldə fəaliyyət göstərən "Avropa Siyasəti Mərkəzi”nin siyasi analitiki Amanda Pol hesab edir ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazadan Suriyadakı əməliyyatları üçün istifadə edəcək və İŞİD-in vuracaqsa, bu bütün regiona ciddi təhlükə yaradacaq: "Çünki İŞİD Ermənistanı hədəfə alacaq və bundan da ən çox region əziyyət çəkəcək. Moskva bununla öz hərbi üstünlüyünü göstərəcək, lakin bu təhlükəli oyundur”.

Onun sözlərinə görə, Gümrüdəki baza Suriyaya yaxındır və Rusiyanın bu bazadan istifadə edəcəyi ehtimalı böyükdür.

Lakin məsələ təkcə İŞİD təhlükəsi yox, Ermənistanın ABŞ-a qarşı cəbhədə yer almasıdır. Rusiya Gümrüdəki bazadan Suriyadakı əməliyyatlarda istifadə edəcəksə, bu, Ermənistanın da Moskvanın dəstək verdiyi Əsədin yanında yer alması deməkdir.

A.Pol da hesab edir ki, Rusiya Ermənistanı ABŞ-a qarşı cəbhəyə sürükləyir və bu, olduqca təhlkəli oyundur.

Erməni ekspert Aram Amatuni bildirib ki, ABŞ-ın Ermənistandakı parlament seçkiləri ilə bağlı hakimiyyət nümayəndələrinə sanksiyaların tətbiqini gündəmə gətirməsi dolayısı ilə İrəvana Rusiyanın yanında olmasının mesajıdır.

Ermənistanın "Jamank” qəzeti bir neçə gün sonra ABŞ-ın parlament seçkilərinin saxtalaşdırılmasında iştirak edən erməni məmurlara qarşı sanksiyaların tətbiqi prosesinə başladığını yazmıışdı.

Qəzet qeyd edirdi ki, parlament seçkilərini saxtalaşdırmaqda şübhəli bilinən hakim Respublika Partiyasının bir sıra üzvünün ABŞ hökumətinin maliyyələşdirdiyi layihələrdə iştirakına qadağa qoyulacaq.

Sanksiyalar tətbiq ediləcək şəxslərin adı "qara siyahı”ya salınacaq və onların ABŞ-a girişi qadağan olunacaq.

"Ermənistan Prezident Administrasiyası ABŞ səfirliyindən kimlərin adının "qara siyahı”ya salındığı haqda dəqiq informasiya öyrənməyə çalışır. Lakin ABŞ bu şəxslərə qarşı təkcə sanksiyalar tətbiq etməklə kifayətlənməyəcək, həmçinin, onların qohumlarının da adını "qara siyahı”ya salacaq. İstisna deyil ki, ABŞ şirkətləri öz investisiyalarının bir hissəsini də Ermənistandan çıxaracaq”, - deyə qəzetə yazıb.

A.Amatuni isə Ermənistanın son şansının hələ də qaldığını açıqlayıb.

"ABŞ Konqresi Avropada Rusiyanın təsirinin zəiflədilməsi üçün 100 milyon dollar vəsait ayırdı. Vaşinqtonun bu planına Şərq əməkdaşlığı ölkələri, o cümlədən Ermənistan daxildir. Həmçinin, böyük ehtimalla əsas hədəfdə Qafqaz regionu da var. Beləliklə, Ermənistan ciddi seçim qarşısındadır. Əgər bu prosesə qoşularsa, ABŞ-ın hücumundan yayına bilər. Lakin İrəvandakı hakimiyyətin Kremlin əleyhinə heç nə etməyəcəyi də dəqiqdir. Bu, Ermənistanın gələcəyi üçün ciddi təhlükələrdən xəbər verir”, - deyə erməni ekspert vurğulayıb.







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol