• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan düşmənin raket kompleksini necə vurub?

Azərbaycan düşmənin raket kompleksini necə vurub?
16.05.2017 16:24
Ötən gün cəbhənin Füzuli-Xocavənd istiqamətində düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni tərəfi isə Azərbaycanın məhv etdiyi Ermənistan ordusuna məxsus "OSA” zenit-raket kompleksi barədə açıqlama yayıblar. Bildirilib ki, erməni separatçıları hərbi texnikanın idarə olunan raket qurğusu "Spike” vasitəsilə vurulub. Ermənilər insan itkisinin olmadığını iddia edirlər.

Bu barədə Mebuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirib ki, Azərbaycan Silahlı Qüvvələrin inventarında İsrail istehsalı olan "Spike” tank əleyhinə raket kompleksi mövcuddur:

"Azərbaycan Silahlı Qüvvələri keçən ilin aprel ayında baş verən döyüşlərdə də bu raket kompleksindən istifadə edib. Düşmənin 30-dan artıq tankı və zirehli texnikası həmin raket kompleksi ilə məhv edilib. Yəni, Azərbaycan Silahlı Qüvvələrində "Spike”dən istifadə artıq mövcuddur və real döyüş şəraitində həmin döyüş kompleksi istifadə olunur. Qaldı ki, ötən gün cəbhə xəttində baş verənlərlə bağlı, Müdafiə Nazirliyi hədəfin hansı raket kompleksi ilə vurulduğu haqda açıqlama verməyib. Amma hesab edirik ki, yayılan bu informasiya reallığı əks etdirir. Çünki göstərilən məsafədə (hədəflə 9 km uzaqlıqda) "Spike”nin hədəfi vurma nəticəsi çox yüksəkdir. Azərbaycan Silahlı Qüvvələri ermənilərə bir daha göstərdilər ki, Azərbaycan tərəfini narahat edən istənilən hərbi vasitə düşmənin öz mövqelərində belə məhv ediləcək”.

Qeyd edək ki, ekipajı 5 nəfərdən ibarət olan "OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol