• $
  • €
  • ₽
  • ₺
  • £

Ayrumyan Bakının İrəvan qarşısındakı tələbini açdı

Ayrumyan Bakının İrəvan qarşısındakı  tələbini açdı
17.05.2017 13:52
"Azərbaycan Qarabağın münaqişəsininnizama salınması ilə bağlı Ermənistanın qarşısına son tələbini qoydu: sülh əvəzinə ərazilərin qaytarılması”.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb.

Erməni jurnalist Azərbaycan Ordusunun Ermənistana məxsus "OSO” zenit-raket kompleksini vurmasının İrəvanda ciddi narahatlıq yaratdığını deyib: "Son vaxtlar cəbhədə gərginlik artıb. Bakı İrəvan qarşısına şərt qoyub: əsgərlərinizin ölməsini istəmirsinizsə, rayonları qaytarın və qoşunları bölgədən çıxarın”.

N.Ayrumyan rəsmi İrəvanın Bakının tələbi qarşısında susduğunu bildirib.

"Ermənistan əraziləri qaytarmağa hazırdımı? Ermənistan üçün indiki məqamda sülh əhəmiyyətlidir. Xarici işlər naziri Eduard Nalbandyan bildirdi ki, Ermənistan danışıqlara hazırdır, çünki bunun alternativi yoxdur. Lakin Bakının tələbi haqda heç nə demədi, susdu. Bu, razılıq əlamətidirmi? Bununla yanaşı, "aprel müharibəsi”ndən sonra İrəvan "ərazilərin qaytarılması əvəzində Qarabağın müstəqilliyinin tanınması” şərtini irəli sürmüşdü. Görünür, Ermənistan bu şərtini geri çəkib. İndi Bakı diktə edən tərəf kimi çıxış edir”, - deyə erməni jurnalist vurğulayıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol