• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyevadan xəbər

Mehriban Əliyevadan xəbər
27.05.2017 23:10
"Azərbaycanın birinci vitse-prezidenti, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın işləri hörmət və heyranlıq hissi doğurur".

İstiPress-in məlumatına görə, bu barədə Moskvada Azərbaycan səfirliyi tərəfindən 28 May-Respublika Günü ilə bağlı təşkil etdilmiş təntənəli qəbulda iştirak etmiş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova "Vestnik Kavkaza" portalının müxbiri ilə söhbətində bildirib.
"Elə də uzaq olmayan tarixdə, həyatımda ilk dəfə idi ki, Bakıda oldum və çağdaş görkəmli bir şəhər gördüm. Bu şəhərin necə bir sevgi və qayğı ilə tikilməsinə heyran qaldım - şəhərdə tarixilik baxımından diqqətəlayiq hər şey ən gözəl şəkildə vurğulanıb", - deyə o vurğulayıb.

"Onda bizim boş vaxtımız oldu. Bir neçə saatlığa bizə şəhərin qədim hissəsini göstərdilər. Bütün bu muzeyləri, incəsənət və sənətkarlıq sərgilərini görəndə soruşdum ki, qədimlik və ənənəviliyi müasir texnologiya ilə necə uyğunlaşdıra biliblər?" - deyə Mariya Zaxarova davam edib.

"Mənə dedilər ki, bu məsələdə  birinci xanım Mehriban Əliyeva böyük töhvə verib. Bundan sonra mən Mehriban xanımın fəaliyyəti barədə maraqlandım, bilmək və baxmaq istədim ki, o, buna necə nail olur -  onun işləri məni heyrətləndirdi. Bu barədə hətta Azərbaycanın Rusiyadakı səfirinə dedim, soruşdum ki, həqiqətənmi bu belədir? O, bütün bunları təsdiqlədi", - deyə Rusiya XİN-in təmsilçisi vurğulayıb.
"Bundan sonra Bakıda dəfələrlə oldum. Gördum ki, şəhər gündən günə daha maraqlı və daha yaxşı və daha çağdaş olur. Mən Mehriban Əliyevanın bu layihələr üzərində rəhbərliyini izləməyə davam edirəm və demək istəyirəm ki, onun işləri səmimi hörmət və heyranlıq hissi doğurur", - deyə Mariya Zaxarova bildirib.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol