• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp ordunu Qafqaza göndərir, Azərbaycan...

Tramp ordunu Qafqaza göndərir, Azərbaycan...
30.05.2017 15:42
ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada fəallaşmağı təklif edir.

Publika.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaqının Yaxın Şərq və Avropa institutunun direktoru Vladimir Lepexin ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Tramp Səudiyyə Ərəbistanına getdi, sonra İsrailə: "Daha sonra NATO-nun sammitinin keçirildiyi Brüsselə, ardınca da G7 sammitinin keçirildiyi Siciliyaya səfər etdi. Onun bu səfərləri tapmaca olaraq qaldı. Səudiyyədə Tramp ərəb ölkələrinin əksəriyyətinin liderləri ilə görüşdü, İsraildə adət edilmiş protokol qaydaları müşahidə olundu. Roma Papası ilə Vatikanda keçirilən görüş daha çox mistik tərəfi ilə gündəmə gəldi. G7 sammiti isə əsasən tənqid edildi. Təkcə NATO-nun sammiti coşqu ilə qarşılandı. Trampın sammitdə çıxışı faktiki olaraq NATO-ya yeni yol xəritəsi göstərmək idi”.

V. Lepexin hesab edir ki, Tramp NATO-nun Yaxın Şərqdə və Qafqazda aktivləşməsini istəyir.

"Trampın komandasının fikrincə, Vaşinqtonun Yaxın Şərqdə yeni geosiyasi sxeminin əsas oyunçusu İsrail olmalıdır. Əsas hədəf isə İrandır. Mümkündür ki, ABŞ böyük İsrailin xeyrinə Suriya və digər bölgələrdə bir sıra əraziləri zəbt etsin. Qafqazda isə əsas açar ölkə Azərbaycandır. Bu baxımdan, Azərbaycanın Ər-Riyaddakı sammitdə iştirakı təsadüfi deyildi. Həmçinin, Gürcüstan da potensial NATO üzvü kimi gələcəkdə istifadə edilə bilər. Bu ittifaq Qafqazda və Yaxın Şərqdə vəziyyəti dəyişə bilər”, - deyə Lepexin vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol