• $
  • €
  • ₽
  • ₺
  • £

Ziyafət Əsgərov: "Metsamor AES böyük təhlükədir"

Ziyafət Əsgərov: "Metsamor AES böyük təhlükədir"
01.06.2017 12:20
"Sosial məsələlərin müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərindən olub".
 
APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.
 
O bildirib ki, Azərbaycan Konstitusiyasında Sosial hüquqların təminatı ilə bağlı xeyli müddəa var və Azərbaycan bu sahədə bir sıra konvensiyalara qoşulub: "Bu konvensiyalar bu gün Azərbaycanda fəaliyyətdədir. Bəzən avropalı həmkarlar bu məsələlərlə bağlı elə standartlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıqdır, təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Azərbaycan həmçinin 20 faiz ərazisini itirib. Biz işğala məruz qalmışıq. Ölkədə 1 milyondan artıq məcburi köçkün və qaçqın var, onların 300 mini uşaqdır. Azərbaycan bu gün bu problemlərlə yaşayır. Buna baxmayaraq, dövlət öhdəsinə düşən öhdəlikləri yerinə yetirir və yetirəcək”.
 
Z. Əsgərov qeyd edib ki, gündəlikdə miqrant məsələsi də var və bu problem dünyada uzun müddətdir davam edir: "Bu gün Suriya, İraq qaçqınlarından danışılır. 25 il əvvəl isə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Niyə o vaxt bu barədə danışılmırdı? Burada ikili standartlar da var. Həmçinin Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının potensial təhlükəsi də müzakirə olunmalıdır. Bu stansiya region üçün ən təhlükəli AES-dir. SSRİ texnologiyası ilə tikilib. Orada bir hadisə baş versə, Avropa üçün çox böyük təhlükə yaradar. Ermənistan üstəlik seysmik zonada yerləşir”.
 
İqlim dəyişiklikləri məsələsinə də toxunan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı öhdəlikləri də məsuliyyətlə yerinə yetirir: "Lakin bütün ölkələr bu məsələdə məsuliyyətli olmalıdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol