• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi xidmətə çağırışla bağlı yenilik olacaq?

Hərbi xidmətə çağırışla bağlı yenilik olacaq?
02.06.2017 16:21
İyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış yaşı çatan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlayacaq. Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bununla bağlı Metbuat.az-açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirib ki, bu dəfə hərbi xidmətə çağırışla bağlı xüsusi bir yeniliyin olacağı nəzərdə tutulmayıb:

"Bununla bağlı hər hansı bir yenilik yoxdur. Qəbul olunmuş qaydalara uyğun olaraq, ali təhsil müəssisəsini bitirmiş çağırışçılar 1 il, 18 yaşı tamam olan və ali təhsili olmayan çağırışçılar isə 1 il 6 ay həqiqi hərbi xidmət keçəcəklər. Bununla bağlı əlavə tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb. Həmçinin, bu müddət ərzində həqiqi hərbi xidməti bitirmiş Azərbaycan Respublikasının vətəndaşları təxlis olunacaqlar”.

Qeyd edək ki, sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaq.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol