• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN “booking.com” şirkətinə etiraz edib

Azərbaycan XİN “booking.com” şirkətinə etiraz edib
02.06.2017 19:09
"Booking.com” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi ilə əlaqədar bundan əvvəl də bu şirkətə müraciətlərimiz olub. Şirkətin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir”.

Bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "booking.com” vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifariş olunmasına münasibət bidirərkən deyib.

Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pulköçürmə əməliyyatları üçün qapalı olduğu halda, "booking.com” üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana reservasiyası və "booking.com”un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması kontekstində də nəzərdən keçirilməlidir.

H.Hacıyev qeyd edib ki, Ümumdünya Turizm Təşkilatının Turizmə dair Qlobal Etik Məcəlləsinə əsasən, turistlərdən və turizm sahəsində fəaliyyət göstərən şirkətlərdən səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur:

"Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin "Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirdi. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilmişdi.

Həmçinin, "booking.com” şirkətinin bu kimi fəaliyyəti korporativ biznes etikasına zidd olaraq, şirkətin öz nüfuzuna mənfi təsir göstərən amildir. Bununla bərabər, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pulköçürmə əməliyyatları üçün qapalı olduğu halda, "booking.com” üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana reservasiyası və "booking.com”un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması kontekstində də nəzərdən keçirilməlidir.   

Beynəlxalq hüququn norma və prinsipləri, ÜTT-nin Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə əsasən, "booking.com” şirkəti Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi kimi əməllərinə son qoymalıdır.

Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqələndirilmiş şəkildə məsələ ilə əlaqədar booking.com şirkətinə Azərbaycanın narazılığının bir daha çatdırılması və bu kimi qanunsuz fəaliyyətin qarşısının alınması üçün şirkətin mənzil-qərargahının yerləşdiyi Hollandiyadakı səfirliyimizə müvafiq təlimat verilib. Həmçinin, "booking.com”un regional filiallarına və aidiyyəti beynəlxalq təşkilatlara da müraciətlərin edilməsi nəzərdə tutulub".
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol