• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı

Türkiyə Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı
18.07.2017 12:20
Türkiyə qonşuları tərəfindən blokadaya alınan Qətərə bu həftədən etibarən Azərbaycan üzərindən TIR-larla ərzaq daşımağa başlayıb. 

anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "Sabah” qəzeti siyasi işlər üzrə yüksək səlahiyyətli Qətər rəsmisinə istinadən bildirir. 

Mənbə deyib ki, bu həftədən etibarən Türkiyədən Qətərə ərzaq yardımı hava yolundan daha çox quru yolu ilə daşınacaq.

"Türkiyənin Qətərə göndərdiyi ərzaq yardım tətbiq edilən embarqonu zəiflətdi. Eyni zamanda, təbii olaraq iki ölkə arasında ticarətin həcmini də artırdı. Türkiyədən gələcək TIR-ların Azərbaycan və İran üzərindən keçib İranın cənubundakı limana, oradan isə gəmi-bərələrlə Qətərə çatması planlaşdırılıb. 

Quru yolu ilə qida daşımaq hava yolundan daha ucuz başa gəldiyi üçün bu marşrutla daha çox ərzaq daşımaq imkanımız olacaq”, - Qətər rəsmisi bildirib.

Türkiyə Səudiyyə Ərəbistanı başda olmaqla, bir sıra ərəb ölkələrinin blokadaya aldığı Qətəri dəstəkləyir. 

Qətərə qarşı tətbiq edilən sərt sanksiyalardan dərhal sonra Türkiyə bu ölkəyə özünün hərbi qüvvələrini göndərib və orada baza yerləşdirib. Habelə Qətərə təyyarələrlə ərzaq və digər zəruri mallar göndərməyə başlayıb.

Səudiyyə Ərəbistanı və müttəfiqləri Qətəri radikal islamçı qruplaşmalara, o cümlədən İŞİD-ə dəstək verməkdə, İranla əlbir olaraq bölgədə gərginlik yaratmaqda günahlandırır. Anti-Qətər koalisiyası Dohanın qarşısında 13 şərtdən ibarət ultimatum qoymuşdu. Lakin Qətər bu şərtləri yerinə yetirməkdən imtina etdi və Dohaya qarşı tətbiq edilən embarqolar qeyri-müəyyən müddətə uzadıldı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol