• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin Qarabağda itirdiyi yeni mövqelər

Ermənilərin Qarabağda itirdiyi yeni mövqelər
25.07.2017 15:00
Rusiyanın aparıcı ermənipərəst saytlarından biri "Regnium” son iki gündür birdən-birə Dağlıq Qarabağın adı ilə bağlı Azərbaycanın xeyrinə sayıla biləcək addım atıb.

İstiPress-in məlumatına görə, yazarların əksəriyyəti ermənipərəst olan sayt birdən-birə "Artsax” və "Dağlıq Qarabağ Respublikası” ifadələrini başlıqda ümumiləşdirərək münaqişədən əvvəlki variantda, rusca Dağlıq Qarabağ Muxtar Respublikası mənasını verən "NKAO” variantında təqdim etməyə başlayıb.

Böyük ehtimalla bu, saytın sahibi, Rusiya dərin dövlətinin təmsilçisi olan Modest Kolerovun aldığı xüsusi göstərişin nəticəsində baş verib. Hər halda, son günlərdə Ermənistan NATO və ATƏT-ə əməkdaşlıqda Rusiyanı qıcıqlandıracaq müəyyən addımlar atır. Məsələn, iyulun 30-da Gürcüstanda başlayacaq "Noble Partner 2017”NATO hərbi təlimlərinə Cənubi Qafqazdan yalnız Gürcüstan və Ermənistan qatılacaq.

İlk başdan bu tədbirə yalnız Gürcüstan və Azərbaycan dəvət almışdı, lakin Azərbaycan dəvətdən imtina edib və bu, Ermənistanın dövrəyə girməsinə səbəb olub. Ermənistan təlimlərə qoşulmaq üçün müraciət edib və müsbət cavab alıb. Erməni KİV-ləri bunu "Azərbaycan şans verdi” kimi başlıqlarla bayram edib. 

Əslində, son bir neçə ildə müstəqil erməni mətbuatı Rusiya əleyhinə təbliğat ruporuna çevrilib və düşünmək olar ki, erməni jurnalistlər artıq məqsədlərinə çatıblar - bu ölkədə son üç ildə Qərb tərəfdarlarının payı 12%-dən 40%-dək yüksəlib. Yəni ehtimal etmək mümkündür ki, Rusiya artıq Ermənistandan əl götürüb və buna görə də Qarabağ münaqişəsində Azərbaycana tərəf meyllənməyə başlayıb.

Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bu məsələnin NATO ilə bağlı olmadığını bildirib:
"Ermənistan NATO ilə münasibətləri Rusiyaya təzyiq üçün yaxşılaşdırır. Amma bu, Rusiyanın Ermənistanın arxasından çəkilməsinə, Rusiya - Ermənistan münasibətlərinin köklü pisləşməsinə səbəb ola bilməz. Qafqazda Rusiyanın öz maraqları var və Ermənistanın bu məsələdə xüsusi vacib yeri var. Rusiya asanlıqla bu ölkədən çıxmaz”.

Qabil Hüseynlinin sözlərinə görə, əslində, Qarabağ məsələsi ilə bağlı rus KİV-lərində müşahidə edilən yumşalma Rusiya ilə Azərbaycan arasında gedən birbaşa ünsiyyətin nəticəsidir: "Bu məsələdə Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında Soçidə gedən danışıqların rolu ola bilər. Görüşdə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada kök salmış erməni lobbisi barədə faktları Vladimir Putinə təqdim edib. Həmin lobbiyə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir və bu lobbi mətbuata xüsusilə fəal yerləşib. İndi Azərbaycan prezidenti faktları Putinə təqdim edib, nəticə necə olacaq, gələcək göstərəcək”.

İstənilən halda, Azərbaycan bu istiqamətdə fəaliyyətini dərinləşdirməlidir. Regionun ən güclü dövləti olan Rusiya həm də Azərbaycanın strateji tərəfdaşı, qeyri-neft sektorunun əsas bazarıdır. Bu ölkə ilə münasibətlərimizin ildən ilə yaxşılaşması həyati vacib məsələdir.

Çingiz Rüstəmov
İstiPress




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol