• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhani Ermənistanla əlaqələrini inkişaf etdirmək niyyətindədir

Ruhani Ermənistanla  əlaqələrini inkişaf etdirmək niyyətindədir
06.08.2017 17:00
Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
 
Modern.az-ın APA-ya istinadən məlumatına görə, H.Ruhani görüşdə bildirib ki,  İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var, Tehran və İrəvan müştərək bağlara söykənərək  hər iki ölkənin xalqı və region ölkələrinin xalqları  üçün müsbət və önəmli  addımlar ata bilər. 
 
İran prezidenti deyib ki, iki ölkə arasında  iqtisadi, mədəni,  enerji, nəqliyyat, turizm və transit sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur: "Bu sahələrdə  əməkdaşlığın inkişafı hər iki ölkənin xalqının xeyrinədir”.
 
Terrorizm təhlükəsindən danışan H.Ruhani terroristlərin İraqda və Suriyada məğlubiyyətə uğradıqdan sonra regionun digər bölgələrinə yayılmaq ehtimalının olduğunu qeyd edib: "Ona görə  hamı,  o cümlədən Qafqaz və Orta Asiya ölkələri bu təhlükə qarşısında  ayıq və ehtiyatlı olmalıdır. Bu, regionun sabitliyinə təhlükə yarada bilər. Terrorizmlə mübarizədə ölkələr arasında yaxınlaşma və əməkdaşlıq zəruridir”.
 
Dağlıq Qarabağ münaqişəsinə toxunan İran prezidenti münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiklərini vurğulayıb: "Ümid edirik  iki qonşu ölkə Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinin şahidi olacağıq.  Düşünürük ki, hər iki tərəf məsələnin həlli üçün ciddi iradə sahibidir və müzakirələrin müsbət nəticələnəcəyi üçün də əlverişli çıxış yolu tapacaqlar”.
 
Ermənistan-İranla əlaqələrinin son illər ərzində inkişaf etdiyini söyləyən S. Sərkisyan isə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsində inkişaf etmədiyini, İranla iqtisadi, enerji, ticarət,  nəqliyyat və digər sahələrdə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib. S. Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol