Lütfüzadənin vəfatı xəbəri yanlış çıxdı

Lütfüzadənin vəfatı xəbəri yanlış cıxıb, bunu jurnalist Mirşahin Ağayev bildirib.
"Mən şəxsən Lütfüzadə ilə telefonla danışmışam. Onun səsi əvvəlki kimi gümrah olmasa da özünü yaxşı hiss etdiyini bildirdi. Həmçinin onun səhhəti ilə maraqlanan və narahat olan hər kəsə təşəkkürünü çatdırmağı xahiş etdi", - deyə Mirşahin Agayev bildirib.
Xatirladaq ki, şənbə günü axşam Trend İnformasiya agentliyi İran KİV-nə istinadən Lütfüzadənin vəfatı xəbərini yaymışdı.
www.anews.az
Son xəbərlər 
Daha çox 























