• $
  • €
  • ₽
  • ₺
  • £

Erməniləri ən çox öldürən silah

Erməniləri ən çox öldürən silah
14.08.2017 22:02
Artıq Ermənistan xərçəng üzrə dünya lideridir. İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın keçmiş təbiəti mühafizə naziri Karine Danielyan bildirib.

"Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, bu il biz Zambiyadan sonra ikinciyik. Heç kim bu barədə narahat olmur və sual vermir ki, səbəb nədir”, - deyə Karine Danielyan vurğulayıb.

Əslində, son bir neçə ildə Ermənistan həmişə bu məsələ üzrə dünya lideri olub. Bir neçə il qabaq DST məhz belə bir məlumat yaymışdı. Lakin Ermənistan Səhiyyə Nazirliyi buna etiraz edib və iddia edib ki, DST Ermənistanın əhali sayını düzgün göstərməyib. DST-nin saytında Ermənistanın əhalisi 2 milyon 969 min göstərilib. Amma Ermənistan Səhiyyə Nazirliyi ölkədə 3 milyon adamın yaşadığını iddia edib.

Əslində isə Ermənistanın real əhali sayı 1,9 milyon ətrafında dəyişir, bunun 0,5 milyonu əmək miqrantı kimi ilin əsas hissəsini Rusiyada keçirir, ölkədə real olaraq 1,4 milyon adam yaşayır. 1 milyon adam isə 1992-ci ilə kimi Ermənistanda yaşamış və müstəqillik illərindən sonra oranı tərk etmiş "ölü canlar”dır. Onlar on illərdir ki, Ermənistana gəlmirlər və çox hissəsi dünyasını dəyişib. Amma İrəvan siyasi məqsədlərlə həmin adamları qeydiyyatdan çıxarmır.
DST-nin dərc elədiyi rəqəmlər isə daha dəhşətlidir. Məsələn, 2014-cü ildə Ermənistanda 37 min ölüm qeydə alınıb, bunun 8 min 100-ü, yəni 22 faizi xərçəngin payına düşüb. 

Karine Danielyanın dediyindən belə anlaşılır ki, əsas problem bu sahə üzrə heç bir elmi tədqiqatın aparılmamasından, dövlət hesabına müalicənin təşkil edilməməsindən qaynaqlanır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını əlində saxlamaq üçün silahlanmağa məcburdur. Həmin silahlar yetərincə bahadır və onların içində "İsgəndər” kimi qiyməti milyard dolları keçən komplekslər var. Ermənistan silaha xərclədiyi vəsaiti gizli saxlasa da, son 1 ildə Rusiyadan silah üçün 200 milyard dollar kredit aldığı məlumdur. Hazırda növbəti kredit barədə danışıqlar gedir.

Bunun əvəzində isə Ermənistanın təhsilə və elmə ayırdığı vəsaitlər ildən ilə azaldılır. Ermənistan hökumətinin orta müddətli proqramına görə, 2018-ci - 2020-ci illərdə  təhsilə və elmə ayrılan vəsaitlərin ümumi daxili məhsuldakı (ÜDM) payı kəskin azalacaq. 2017-ci ildə bu vəsaitlər ÜDM-in 2,34%-ini təşkil edir, 2018-ci ildə bu, 2,18%-ə, 2019-cu ildə 1,99%-ə, 2020-cu ildə isə 1,85% olacaq.

Ermənistan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Artur İşxanyan bunun dəhşətli nətiəcələrə səbəb olacağını bildirir.

Həm də erməniləri ən çox öldürən silahın məhz Ermənistan hakimiyyətinin digər sahələrdən - səhiyyədən, elmdən və təhsildən pul kəsərək aldığı silah olduğu ortaya çıxır.  Onun sözlərinə görə, artıq Ermənistanda orta yaşlı alim yoxdur. Çünki elm sahəsi artıq cazibədar sayılmır, gənc kadrlar ailələrini dolandıra bilmirlər və ölkəni tərk etməyə məcbur olurlar.
 
Çingiz Rüstəmov
İstiPress 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol