• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağda sülh 6 elementə əsaslana bilər” - Riçard Hoqland

“Qarabağda sülh 6 elementə əsaslana bilər” - Riçard Hoqland
24.08.2017 10:27
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair önəmli fikirlər səsləndirib.

AzVision.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Hoqland Dağlıq Qarabağda "dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın "mürəkkəb tarixini” nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.

Sadaladığı altı elementdə səfir Hoqland danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb.

Riçard Hoqland Dağlıq Qarabağda "dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb.

Birinci olaraq, o, hesab etdiyini bildirib ki, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünü-idaərçiliyi təminat altına alsın.

İkinci element olaraq səfir Hoqland bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin süverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.

Bundan əlavə, Riçard Hoqland qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

Sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilməlidir.

Səfir Riçard Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol