• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda gedən Qarabağ müzakirələri

Ermənistanda gedən Qarabağ müzakirələri
26.08.2017 21:55
ABŞ-ın Minsk Qrupunda fəaliyyətini başa vuran həmsədri Riçard Hoqlandın bu həftə Vaşinqtonda açıqladığı sülh prinsipləri Ermənistanda qızğın reaksiyalara səbəb olub. Virtualaz.org xəbər verir ki, neçə gündür erməni ekspert çevrələri və rəsmiləri Hoqlandın açıqladığı prinsipləri müzakirə edirlər. Və məsələyə fərqli yanaşmalar var.

Müzakirələrə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz də qoşulub. O, "Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, Hoqlandın açıqladığı sənəd Minsk Qrupu həmsədləri tərəfindən təsdiq edilmiş prinsiplərə əsaslanır, yəni yeni deyil.
 

Riçard Millz

"Bəli, səfir Hoqland çoxdan mövcud olan prinsiplər haqda danışıb və biz həmsədr ölkə kimi bəyan etmişik ki, bu prinsiplər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əsas ola bilər. Hoqlandın açıqladığı 6 rinsip uzun müddətdir mövcud olan prinsiplərdir. Və Ermənistan hökuməti də bu prinsipləri danışıqlar üçün əsas kimi qəbul edib. Mən təsdiq edə bilərəm ki, prinsiplər vahid tam təşkil edir, yəni onlardan birinin digərindən üstünlüyü yoxdur”-səfir bildirib.

Hoqlandın açıqladığı prinsiplərə əsasən işğal altındakı ətraf rayonlar üzərində Azərbaycanın suverenliyi bərpa edilməli, o cümlədən dəhliz çıxılmaqla Laçın rayonu da qaytarılmalıdır. Dağlıq Qarabağın yekun statusu isə qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi əhəmiyyətə malik olan referendumla müəyyən edilməlidir.

Riçard Kirakosyan

Bu prinsiplər içərisində xüsusən ətraf rayonlar üzərində Azərbaycanın suverenliyinin tam bərpası haqda deyilənlər erməni çevrələrində narahatlıq doğurub. Xəbər verdiymiz kimi Amerika Erməni Milli Komitəsi Hoqlandın bəyanatını hiddət və qəzəblə qarşılayıb, "qəbuledilməz olduğunu” bildirib.
Erməni politoloq, İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan isə deyir ki, ətraf rayonların qaytarılması ermənilər üçün "ağrılı məsələdir”, lakin bunsuz sülh mümkün deyil.

"Hoqlandın açıqladığı sənəddə ətraf rayonların qaytarılması prinsipi əksini tapıb ki, bu da erməni tərəfində ağrılı qarşılanır. Lakin biz başa düşməliyik ki, hansısa konstruktiv həll yolu tapmaq üçün bu məsələ həlledici əhəmiyyət kəsb edir”-ekspert deyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol