Müdafiə Nazirliyi xəbər verir

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildirildiyinə görə, Ukraynanın müdafiə naziri Stepan Poltorakın Bakıya səfəri ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
"Belə bir səfər planlaşdırılmır”, - nazirlikdən saytımıza verilən açıqlamada deyilir.
Xatırladaq ki, bundan öncə Ukrayna Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumata istinadən xəbər vermişdik ki, senntyabr aynda Ukraynanın müdafiə naziri Stepan Poltorakın Bakıya səfəri planlaşdırılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























