• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana S-400, Ermənistana S-350?

Azərbaycana S-400, Ermənistana S-350?
30.08.2017 13:15
usiyada Cənubi Koreya ilə birgə işlənib hazırlanan S-350 "Vityaz” zenit-raket komplekslərinin dövlət sınaqları başa çatmaq üzrədir.
Virtualaz.org xəbər verir ki, Rusiya bu kompleksləri 2018-ci ildə xarici sifarişçilərə təqdim etməyə hazırlaşır.

Bəs bu kompleksləri Rusiyadan hansı ölkələr ala bilər? "Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov "İzvestiya” qəzetinə bildirib ki, S-350 komplekslərinin ilk alıcıları Hindistan, Əlcəzair, Ermənistan və Yaxın Şərqin S-400 kompleksləri almağa pulu olmayan ölkələri ola bilər. "Bu komplekslər böyük xərclər çəkmədən tammiqyaslı hava-raket hücumlarından müdafiə sistemi yaratmaq istəyən dövlətlər üçün aktualdır”-ekspert deyib.


Frolova görə S-350 kompleksləri müştəri sarıdan korluq çəkməyəcək və bu komplekslər "Buk” zenit-raket kompleksləri ilə ciddi rəqabət yaradacaq. S-350 komplekslərinin işlənib hazırlanması 2007-ci ildən başlayıb, kompleks ilk dəfə ictimaiyyətə 2013-cü ildə təqdim olunub. Bu komplekslər S-400 "Triumf” zenit-raket komplekslərindən xeyli ucuz və kompaktdır, onlar geniş çeşiddə hava hədəflərini-təyyarələri, pilotsuz uçan aparatları, qanadlı raketləri və s. 60 kilometr məsafədən və 10 metrdən başlamış 30 kilometrə qədər hündürlükdə məhv edə bilir. Ballistik hədəfləri isə 30 kilometr məsafədən 25 kilometrə qədər hündürlükdə vurur.

Rusiya hərbi mütəxəssisləri deyirlər ki, S-350 kompleksləri döyüş imkanlarına görə S-300 zenit-raket komplekslərini üstələyir. Çünki bu komplekslər 12 raket daşıya bilir, böyük sayda hədəf kanalları olduğu üçün eyni vaxtda daha çox hədəfi nişan alır. Kompleksləri "Almaz-Antey” korporasiyası işləyib hazırlayıb.

Xatırladaq ki, bu günlərdə Rusiyanın ekspert çevrələri Azərbaycanın S-400 "Triumf” zenit-raket komplekslərinə maraq göstərdiyi haqda danışmışdı. Bu, kifayət qədər bahalı olmaqla eyni zamanda istənilən hava hədəfini neytrallaşdırmağa imkan verən və dünyada ən qabaqcıl sistemlərdir. Azərbaycanın S-400 komplekslərinə maraq göstərdiyi haqda rəsmi məlumatlar yoxdur, eləcə də Ermənistanın S-350 "Vityaz” komplekslərinin ilk alıcıları arasında yer ala biləcəyi ekspert təxminlərindən o yana keçmir. Lakin istisna deyil ki, Azərbaycanın pilotuz uçan aparatlarının geniş çeşidinə malik olmasını nəzərə alan Rusiya həmin kompleksləri güzəştli kreditlə Ermənistana verə bilər.

Azərbaycana isə bu cür yaxın mənzilli zenit-raket kompleksləri o qədər də gərək deyil. Azərbaycan İsraildən alınan və göstəricilərinə görə "Vityaz”ları xeyli üstələyən "Barak-8” kompleksləri ilə silahlanıb. ("Buk” və S-300 PMU "Favorit” kompleksləri də o cümlədən). Bununla belə Azərbaycan Rusiya hərbi-sənaye kompleksinin hava və raket hücumları əleyhinə yeni nümunələrini yaxından izləyir.

F.Məmmədov
Virtualaz.org

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol