• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Əsgərovun oğlu “Qızıl Xaç”ın yalanını çıxardı

Dilqəm Əsgərovun oğlu “Qızıl Xaç”ın yalanını çıxardı
31.08.2017 11:11
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Onlardan ailələrinə çatdırılması üçün məlumatlar alınıb və ailələrindən məlumatlar verilib.

Məsələ ilə bağlı Modern.az-a danışan azərbaycanlı girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov hər hansı başçəkmə olmadığını deyib:

"May ayında atamın vəziyyəti ağırlaşanda Cenevrədən həkim dəvət etmişdilər. Həmin həkimlə şəxsən özüm də görüşmüşdüm. Həkim mənə dedi ki, atamın müalicəsi düzgün aparılmayıb, ona görə səhhəti pisləşib. Xaricdən gələn həkimin dediyinə görə, o, düzgün müalicə yazıb. Amma həmin vaxtdan etibarən atamdan məktub ala bilmirəm”.

Kürdoğlu Əsgərov deyib ki, bir neçə gün əvvəl Qırmızı Xaç Komitəsinin ofisində olub.

"Atama məktub yazmaq istədiyimi bildirdim. Onlara dedim ki, sentyabrın 10-da on günlük Azərbaycanda olmayacam. Əgər görüş olacaqsa, mən məktub yazım. Bundan başqa üç aydan bir video göndərmək haqqım var mənim. Nümayəndələr heç bir problem olmadığını, görüş olacağı təqdirdə əvvəlcədən mənə xəbər verəcəklərini bildirdilər. Dünən də oxuyuram ki, guya,  başçəkmə olub. Zəng edirəm əməkdaşlarına, deyirlər "bizim xəbərimiz yoxdur, görüş olmayıb”. Belə çıxır ki, mən uşağam, mənimlə çiling-ağac oynayırlar?!”.
 
2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol