• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov Qarabağ münaqişəsinin həll edilməməsinin səbəbini açıqladı

Lavrov Qarabağ münaqişəsinin həll edilməməsinin səbəbini açıqladı
01.09.2017 23:33
Rusiya NATO ilə münasibətlərin istənilən inkişafında öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qadirdir.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib. 

O bildirib ki, NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi həyəcan doğurur: 

"Bu cür qeyri-konstruktiv fəaliyyətlərin təşəbbüskarlarına aydındır ki, hadisələrin istənilən inkişaf variantında biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə təmin edə bilərik”.  

Nazir qeyd edib ki, Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir: 

"Bu bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb”.

S.Lavrov qeyd olunan bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib: 

"Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.

Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib: 

"Ukrayna böhranı isə heç baş verməzdi”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol