• $
  • €
  • ₽
  • ₺
  • £

7 gün sonra Ermənistana AĞIR ZƏRBƏ VURULACAQ

7 gün sonra Ermənistana AĞIR ZƏRBƏ VURULACAQ
12.09.2017 16:12
BMT Baş Assambleyasının sentyabrın 19-da Nyu-Yorkda başlanacaq sessiyası Ermənistanı narahat edir.

Söhbət sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağla bağlı görüşündən gedir.

Publika.az xəbər verir ki, Azərbaycan tərəfi görüşdə ərazilərin qaytarılması məsələsini konkret olaraq irəli sürəcək. Ermənistanda sentyabrın 20-də keçiriləcəyi deyilən görüşə ciddi hazırlıq aparılır.

"Aykakan jamanak” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, İrəvanda Qarabağla bağlı qapalı müzakirələr aparılır. Hətta Serj Sarkisyan Xankəndinə gələrək, müzakirələri işğal olunmuş Azərbaycan torpaqlarında da davam etdirib.

Lakin Ermənistanın narahatlığı bununla yekunlaşmır. Gözləntilərə görə, assambleyada Türkiyə, Gürcüstan və Azərbaycan Dağlıq Qarabağ, o cümlədən, Abxaziya problemi ilə bağlı birgə mövqe ortaya qoyacaqlar.

Rusiyalı politoloq Aleksandr Krılov deyir ki, Ermənistanın NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan son anda imtina etməsinin səbəbi də budur: "Ermənistanın NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan imtina etməsinin səbəbləri haqda danışarkən, mən diqqəti regional kontekstə yönəltmək istəyirəm. Söhbət regionda Türkiyə, Gürcüstan və Azərbaycanın güclənən ittifaqından gedir.

Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində Türkiyə, Gürcüstan və Azərbaycan Qarabağ və Abxaziya problemi ilə bağlı birgə mövqe sərgiləyəcəklər. Gürcüstan da Türkiyə və Azərbaycanın Qarabağla bağlı bəyanatına qoşulacaq. Bu, Ermənistan üçün yaxşı variant deyil. Həmçinin, belə vəziyyət regionda gərginliyin artan templə davam etdiyini göstərir. Baş verənlər fonunda Ermənistan qərar qəbul etdi ki, NATO-nun təlimlərində iştirak etmək məqsədəuyğun deyil”.

Qeyd edək ki, Ermənistanın NATO təlimlərində iştirakdan son anda imtina etməsi ciddi müzakirələrə səbəb olmuşdu. Lakin sonradan sirlər açılır və əsl səbəblər ortaya çıxır. Xüsusilə İrəvanda qapalı Qarabağ müzakirələrinin keçirilməsi erməni rəhbərliyinin baş verənlərdən ciddi şəkildə narahat olduğunu göstərir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol