• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusu Ermənistan rəhərliyini qorxuya salıb - VİDEO

Azərbaycan Ordusu Ermənistan rəhərliyini qorxuya salıb - VİDEO
29.05.2020 03:41
Azərbaycan Ordusunun gündən-günə öz qüdrətini artırmasından qorxuya düşən Ermənistan rəhbərliyi erməni xalqını sakitləşdirmək üçün yeni üsullardan istifadə etməyə başlayıb. Belə ki, indiyədək bütün əmrləri məhz Rusiyanın yuxarı dairələrindən alan Ermənistan indi bu ölkəni şantaj yolunu tutub.

Çinə səfər edən Ermənistanın müdafiə naziri guya bu ölkədən silahların alınması məsələsini ortaya ataraq Rusiyadan yeni güzəştlər əldə etməyi hədəfləyib. Bunu elə rusiyalı ekpertlər də şantaj kimi qiymətləndirir.

Hərbi ekspert Aleksandr Xramçixin bildirib ki, Ermənistanın hər hansı bir ölkədən silah alacaq qədər maliyyə resursu yoxdur.

Ehtiyatda olan korpus komandiri polkovnik Şair Ramaldanov isə bildirir ki, Ermənistan ordusu nə qədər çalışsa da heç vaxt Azərbaycanla hərbi balansı qoruyub saxlaya bilməyəcək. Çünki Ermənistanın əldə etdiyi silahlar yalnız istismar müddətini başa çatdıran və Rusiyanın silahlanmasından artıq çıxarılan silahlardır. Halbuki, Azərbaycan bu silahların Rusiyadan ən son variantlarını əldə edir.

Ermənistanın müdafiə naziri, eyni zamanda guya ölkəsinin silah istehsal etdiyini iddia edir və hətta bu silahların analoqu yoxdur. Halbuki, müdafiə sənayesini formalaşdırmaq milyardlarla dollar tələb edir, bu isə dilənçi vəziyyətində olan Ermənistan üçün əlçatmaz bir arzudur. Bu bəynat isə daha çox yerli auditoriyaya hesablanıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bildirir ki, Ermənistanın bu addımı göz boyamaqdan başqa bir şey deyil.

Onu da qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistan Azərbaycanı "İsgəndər" raketləri ilə hədələyirdi. Ancaq sonradan məlum oldu ki, əgər müharibə başlasa belə bu raketlərin idarə olunması üçün kodlar Rusiyada saxlanılır və Ermənistana qəti şəkildə verilməyəcək. Digər tərəfdən Azərbaycan İsraildən aldığı "Dəmir günbəz" sistemləri ilə hava məkanından müdafiəni tam təşkil etmək iqtidarındadır.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol