• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Qarabağla bağlı şərtləri qüvvədə qalır

Putinin Qarabağla bağlı şərtləri qüvvədə qalır
13.11.2017 12:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünə saatlar qaldı.

Teleqraf.com xəbər verir ki, bu haqda "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Ərdoğan bu görüşdə Qarabağdan da danışmaq istəyir: "Ancaq qarşı tərəf siyasi dividentlər əldə etmədən Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək. Vladimir Putinin Qarabağ münaqişəsinin həlli ilə bağlı bəlli şərtləri qüvvədə qalır. Bu, təkcə onun formalaşdırdığı şərtlər deyil. Bu, Rusiya siyasi fikrinin Qarabağ münaqişəsinin həllinə "tarixi baxışıdır”. Yəni, "Sən mənim dediklərimin hamısını yerinə yetir, yalnız bundan sonra Qarabağ münaqişəsinin həllini sürətləndirə bilərik”.

E.Şahinoğlu qeyd edib ki, nə Gürcüstan, nə Moldova, nə də Ukrayna Rusiyanın eyni ağır şərtlərini yerinə yetirmədilər, vassallığı qəbul etmədilər: "Ona görə də hər birində Rusiyanın dəstəklədiyi separatçı bölgələr var. Bizdəki kimi...”

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rusiyaya rəsmi səfər edəcək. O, Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüş zamanı liderlər Suriya böhranı və Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol